Çatdırılma və Geri Qaytarılma Siyasəti

Bu, olye.az veb saytı üçün mövcud olan “Çatdırılma və Geri Qaytarılma Siyasəti”dir.

Çatdırılma

Hansı çatdırılma növləri mövcuddur?

Təyinat bölgəsindən asılı olaraq Kuryer və ya Azərpoçt daşınma xidmətlərindən istifadə edirik. Sifariş bölgəsinə görə çatdırılma xərcləri müxtəlif ola bilər.

1) Bakı Şəhəri daxilində (Kuryer ilə): 3₼
2) Bölgələrə Azərpoçt vasitəsilə çatdırılma: 4₼

QEYD: Bakı şəhərindən kənar ərazilər üçün əlavə çatdırılma ödənişi əlavə oluna bilər.

Sifarişləri neçə gün ərzində əldə edə bilərik?

Çatdırılma müddəti sifariş bölgəsindən aslıdır. Bakı şəhəri daxilində 1-3 iş günü ərzində sifarişləri çatdırırıq. Bölgələrdə isə, çatdırılmanı Azərpoçt həyata keçirdiyi üçün müddət 2-5 iş günü aralığında dəyişə bilir.

Ödəniş

Hansı ödəniş üsulları mövcuddur?

Hal-hazırda saytımız yeni olduğu üçün “Sifariş Çatdırılmadan Öncə Ödəniş” mümkündür. Qısa bir zaman ərzində veb saytda bank kartı ilə ödəniş funksiyası da əlavə olunacaqdır.

Sifariş və Şəxsi Hesab

Necə sifariş verə bilərəm?

Sifarişlərinizi veb sayt üzərindən asanlıqla edə bilərsiniz. Sifariş vermək istədiyiniz məhsulları səbətə əlavə etdikdən sonra sifariş bölməsinə keçid edərək, çatdırılma üçün lazım olan məlumatları əlavə edib sifarişi təsdiq edirsiniz.

Sifarişi necə ləğv edə bilərəm?

Sifarişləri göndərilmədən əvvəl ləğv edə və ya dəyişdirə bilərsiniz. Bunun üçün əlaqə vasitələrinin hər hansı biri ilə bizə bildirmək lazımdır. Sifariş göndərildikdən sonra, ləğv etmək mümkün deyil.

Sifariş vermək üçün saytda hesab yaratmalıyam?

Qeydiyyatdan keçmədən rahat şəkildə sifariş verə bilərsiniz.

Sifarişimi necə izləyə bilərəm?

Hər sifariş bu səhifədən izlənilə bilər. Sifarişi izləmək üçün sifariş nömrənizi və e-mail adresinizi daxil etmək kifayətdir.

Zəmanət və Geri Qaytarma

Hər hansı zəmanət mövcuddurmu?

Satış tarixindən etibarən baş verə biləcək hər hansı bir istehsal qüsuru üçün 3 günlük yoxlanış müddəti təklif edirik. Unutmayın ki, istehsalat qüsurunu müəyyənləşdirmək üçün şirkətimizin səlahiyyəti var.

Qaytarılma siyasəti nədir?

Azərbaycan Respublikası qanunlarına görə, məhsul satın alındıqdan sonra 14 gündən gec olmayaraq geri qaytarıla bilər. Bu zaman məhsul istifadə olunmamalıdır.

Məhsulu necə qaytara bilərəm?

Ödədiyiniz məbləği tələb etmək üçün bizə za.eyloobfsctd-8727f6@olleh vasitəsilə bildirin. Aldığınız məhsulun bir neçə fotoşəkilini və sifariş nömrənizi əlavə edin. Qaytarılma vəziyyətində nəqliyyat xərcləri satın alan şəxsə aiddir. Məhsul bizə çatdıqdan sonra, kartınıza və ya hesabınıza geri qaytarma prosesi aparmaq üçün 5 iş günü tələb olunur.

Updating…
  • Səbətinizdə məhsul yoxdur
Ana Səhifə
İstək Listi
0
Səbət
Axtar